![]()
Rusiya Müdafiə Nazirliyi Ukraynanın ölkənin müxtəlif bölgələrinə, o cümlədən paytaxt Moskvaya qarşı həyata keçirdiyi genişmiqyaslı PUA hücumu zamanı hava hücumundan müdafiə sistemlərinin ümumilikdə 660 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.
Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, nazirliyin məlumatına görə, gecə saatlarında Belqorod, Bryansk, Kursk, Orlov, Kaluqa, Lipetsk, Rostov, Voronej, Tula, Ryazan, Həştərxan və Moskva vilayətləri, eləcə də Krım yarımadası, Qara dəniz və Azov dənizi üzərində Ukraynaya məxsus dronlar zərərsizləşdirilib.
Rusiya tərəfi bu hücumun 2026-cı ildə ölkəyə qarşı həyata keçirilən ən intensiv PUA əməliyyatı olduğunu bildirib.
Moskva meri Sergey Sobyanin isə paytaxta doğru hərəkət edən 47 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Onun sözlərinə görə, dron qalıqlarının düşdüyü ərazilərdə aidiyyəti qurumların əməkdaşları təhlükəsizlik və təmizləmə işlərini davam etdirirlər.
Subyekt.az