![]()
Monqolustanın qərbində 6.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Subyekt.az Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Bakı vaxtı ilə 8:23-də baş vermiş yeraltı təkanların episentri Rusiya-Monqolustan sərhədindən təxminən 400 kilometr, Monqolustanın Çinlə sərhədindən isə 150 kilometr məsafədə yerləşib.
İtki və dağıntı barədə məlumat verilməyib.
Subyekt.az