![]()
Bu gün mərhum jurnalist Zülfüqar Hüseynzadə tərəfindən yaradılan Moderator.az informasiya portalının fəaliyyətə başlamasından 13 il ötür.
Sayt 2012-ci il noyabrın 1-də fəaliyyətə başlayıb. Yarandığı gündən etibarən cəmiyyətin doğru və operativ məlumatlandırılmasını əsas məqsəd kimi müəyyən edən Moderator.az, peşəkar jurnalist heyətinin fədakar əməyilə qısa zamanda ölkənin aparıcı media orqanlarından birinə çevrilib.
Hazırda saytın baş redaktoru, mərhum jurnalist Zülfüqar Hüseynzadənin oğlu Hüseyn Ələsgərovdur. Onun rəhbərliyi altında kollektiv Moderator.az-ın əsasını qoymuş Zülfüqar Hüseynzadənin media prinsiplərinə – obyektivlik, dəqiqlik və məsuliyyətə sadiq qalaraq fəaliyyətini uğurla davam etdirir.
Moderator.az hazırda iki dildə – Azərbaycan və rus dillərində yayımlanır. Saytın informasiya bölmələrində Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbərlərlə yanaşı, regionda və dünyada baş verən hadisələr haqqında da operativ və etibarlı məlumatlar təqdim olunur.
Qeyd edək ki, saytın qurucusu, tanınmış jurnalist Zülfüqar Hüseynzadə 2023-cü ilin iyun ayında doğma yurdu – Kəlbəcər rayonunun Başlıbel kəndinə səfəri zamanı vəfat edib.
Moderator.az kollektivi bu gün də onun ideyalarına və jurnalistikanın əsl missiyasına sadiq qalaraq fəaliyyətini davam etdirir.
Subyekt.az olaraq biz də təbriklərə qoşulur, Moderator.az kollektivinə yeni-yeni uğurlar arzulayırıq.
Zülfüqar Hüseynzadənin ruhu şad olsun!
Subyekt.az