
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədov xanım əməkdaşları bayram münasibətilə təbrik edib, qadınların cəmiyyətdəki önəmli mövqeyindən söz açıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev, qadınlara daim yüksək dəyər verib, qadın hüquqlarının qorunması və ictimai fəallığının təşkili məsələsini diqqət mərkəzində saxlayıb. Bu gün həmin siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə həmçinin, Azərbaycan Respublikasının birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, hərtərəfli fəaliyyəti və xeyirxah əməlləri ilə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırdığı diqqətə çatdırılıb. Yerli Sənaye Kommunal Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Jalə Osmanova da çıxış edərək, qadınların ölkəmizin elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrinin inkişafındakı mühüm rolundan danışıb. Tədbirin sonunda MKTİB rəhbərliyi tərəfindən qadın əməkdaşlara gül dəstələri tədim edilib.

.

.

.

Subyekt.az