![]()
123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 21 avqust 2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən Şuşa rayon 7 saylı məktəbin akt zalında Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev görüş iştirakçılarına namizədin seçki platforması barədə ətraflı məlumat verdi. Bildirdi ki, möhkəm təməlləri Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uzaqgörən siyasətin nəticəsində Azərbaycan bu gün qalib ölkə kimi dünyada söz sahibidir. Bu gün Qarabağımızda, Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq işləri hər bir Azərbaycan vətəndaşı kimi biz kəlbəcərlilərdə də yüksək ovqat yaradıb.
Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasəti Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev müdriklikə davam etdirərək Azərbaycanı qalib, yenilməz dövlətə çevirdi. 44 günlük Vətən müharibəsində şəhidlərimizin canı, qazilərimizin qanı hesabına, müdrik rəhbərimizin yenilməz sərkərdəliyi ilə tarxi Zəfər qazandıq. Bu gün Qarabağda, Şərqi Zəngəzurda quruculuq işlərində qələbələrimiz, uğurlarımız davam edir. Vətənimiz gündən-günə çiçəklənir. Mən də seçicilərimə inanaraq 123 saylı Kəlbəcər Seçki Dairəsindən öz namizədliyimi irəli sürmüşəm. Sizə təqdim olunan seçki platformamda birlikdə görəcəyimiz işlər, həyata keçirəcəyimiz layihələr öz əksini tapıb. Əziz seçicilərim, əminəm ki, seçkilərdə mənə etimad göstərəcəksiniz və sizin dəstəyinizlə platformamda qarşıya qoyduğum məqsədlərə birlikdə nail olacağıq.
Sonra namizədin vəkili – Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, Azərbaycan Savat Federasiyanın prezidenti əməkdar məşqçi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Rafiq Əliyev və başqaları çıxış edərək seçkilərdə yaradılmış azad rəqabət mühitindən bəhs etdilər. Vurğuladılar ki, azad Kəlbəcərimizdən deputalığa namizəd Mircəlil Qasımlı yüksək potensiala, insanlarla işləmək bacarığına, yüksək bilik və bacarıqlara malikdir. Bütün bunlar onu deməyə əsas verir ki, seçicilərimiz düzgün seçim edəcəklər, Mircəlil Qasımlı hər birimizin parlamentdə eşidilən səsi olacaqdır.
Geniş diskussiya şəraitində keçən görüşdə çıxış edən seçicilər bildirdilər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.

#ParlamentSeçkiləri #Seçki2024
Subyekt.az