![]()
1 sentyabr Milli Məclis seçkilərində 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 23 avqust 2024-cü il tarixdə Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən Mədəniyyət evinin akt zalında kəlbəcərli seçicilərlə növbəti görüş keçirdi.
İlk öncə Xalqımızn böyük oğlu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğurunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik skütla yad edildi.
Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev Fərhad oğlu namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, Hər günü bir tarix olan 44 gündə ərazi bütövlüyünü bərpa edən ölkəmiz 24 saatdan az bir vaxtda reallaşdırdığı antiterror tədbirləri ilə öz qətiyyətini bütün dünyaya növbəti dəfə nümaiş etdirdi. Dövlətimiz qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu. Azərbaycan ordusu yazdığı tarixlə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalət, hüquq, milli qürur dərsi keçdi. Ötən ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimiz tam bərqərar edildi. Azərbaycan dövləti postsovet məkanında suverenliyini və ərazi bütövlüyünü bərpa edən ilk dövlət kimi tarixə düşdü. Samir Sarıyev seçiciləri 1 sentyabr Milli Məclis seçkilərində fəal iştirak etməyə və layiqli namizədi Mircəlil Qasımlı ya səs verməyə çağırıb.
Namizəd Qasımlı Mircəlil çıxış edərək bildirdi ki, 2023-cü il sentyabrın 19-da başladılan və cəmi 23 saat 51 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim oldular, separatçı rejimin varlığına son qoyuldu. Oktyabrın 15-də Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq qələbə oldu. Bu Qələbə təkcə son 30 ildə deyil, iki əsr ərzində gözlədiyimiz ümidlərimizin gerçəkləşməsi, milli varlığımızın, hər birimizin, gələcək nəsillərin özünütəsdiqi deməkdir. Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Əziz seçicilərim inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək mənə öz səsinizi verəcəksiniz və Sizin mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulması və inkişafı naminə çalışacam.
Görüşdə çıxış edən seçicilər bildirdilər ki, 1 sentyabr seçkilərində fəal olmağa, ən layiqli namizədə-uğurlu gələcəyə və Kəlbəcərimizin birgə qurulması və inkişafı naminə Mircəlil Qasımlıya səs verməyə çağırırıq.
Seçicilər əminliklə bildiriblər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.

#ParlamentSeçkiləri #Seçki2024
Subyekt.az