
1 sentyabr Milli Məclis seçkilərində 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 22 avqust 2024-cü il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Aşıq Şəmşir adına Mədəniyyət evinin akt zalında kəlbəcərli seçicilərlə görüş keçirildi.
İlk öncə Xalqımıızn böyük oğlu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik skütla yad edildi.
Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev Fərhad oğlu namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, Vətən müharibəsində Böyük Qələbəmizdən yazarkən qeyd edilməsi vacib olan amillərdən biri də ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamla, uğurla davam edilməsidir. Prezident İlham Əliyevin son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib.
Namizəd Qasımlı Mircəlil çıxış edərək bildirdi ki, möhtərəm Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının qürur duyduğu Azərbaycan adlı güclü bir dövlət yaratdı. Onun güclü lider olması uğurlu fəaliyyəti ilə sübut olunub. Prezident seçildiyi 20 il ərzində cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu gün dünyada belə dövlət başçısına çox az rast gəlmək olar. Prezident İlham Əliyev ölkədə ordu quruculuğuna xüsusi diqqət ayırdı. Ali Baş Komandanın formalaşdırdığı güclü, müasir ordu Ermənistan ordusunu Vətən müharibəsində 44 günə məhv etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyuldu. Müharibədə böyük Zəfər qazanıldı.
Əziz seçicilərim inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək mənə öz səsinizi verəcəksiniz və Sizin mənə göstərdiyiniz etimadı ləyəaqətlə doğruldacam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulması və inkişafı naminə çalışacam.
Görüşün sonunda səlahiyyətli nümayəndə Samir Sarıyev qeyd etdi ki, bu gün Qarabağ və Şərqi Zəngəzur seçki bayramına hazırlaşır. Düzdür, biz işğaldan azad edilmiş ərazilərimizdə ilk seçki sevincini yaşamışıq. Yəqin yadınızdadır, Bu ilin fevralında Azərbaycanın bütün ərazisində növbədənkənar prezident seçkiləri keçirildi. İndi isə ilk dəfə parlament seçkiləri keçiriləcək. Hər birinizi Kəlbəcərimizin yenidən qurulması və inkişafı naminə birgə çalışmağımız üçün 1 sentyabrda namizədimiz Qasımlı Mircəlil Xəqani oğluna səs verməyə çağırıram.
Görüşdə çıxış edən seçicilər əminliklə bildirdilər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.
#ParlamentSeçkiləri #Seçki2024
Subyekt.az