
123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 26 avqust 2024-cü il tarixində Qaradağ rayonu, Qobu park-2 ünvanında yerləşən Zəngilan rayonu 20 saylı məktəbin akt zalında Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.
Əvvəlcə xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin qurduğu dövlətin taleyini tapşıracağı yeni Liderin seçilməsində nümayiş etdirdiyi Özünəməxsus müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru təkzibolunmaz şəkildə öz təsdiqini tapırdı. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, Mənim başa çatdıra bilmədiyim işləri O başa çatdıracaqdır” sözləri Ümummilli Liderin uzaqgörənliyinin və seçiminin alternativsizliyinin bariz nümunəsi sayıla bilər.
Sonra namizədin vəkilləri – Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin dekan müavini, dosent Osman Mirzəyev, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, ziyalılardan – pedoqoqika üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi Hüseynova Dürdanə və başqaları çıxış edərək bildirdilər ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş böyük Qələbənin yeni reallıqları təkcə bu qeyd olunanlarla məhdudlaşmır. Azərbaycanın parlaq Zəfəri həmçinin bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırmışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Qeyd etdilər ki, ölkəmizdəki azad seçki mühiti, eyni zamanda 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputalığa namizəd Mircəlil Qasımlı haqqında danışdılar. Vurğuladılar ki, deputalığa namizəd Mircəlil Qasımlı öz potensialı, insanlarla işləmək bacarığı, şəxsi keyfiyyətləri, bilik və bacarıqları ilə millət vəkili seçilməyə layiqdir.
Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək bildirdi ki, bu tarix xalqımızın rəşadətinin, dövlətimizin qüdrətinin təzahürləridir. Bu tarix 2020-ci ilin Vətən müharibəsində müşahidə etdiyimiz qəhrəmanlığın və şanlı zəfərin istinad nöqtəsi, ilham mənbəyidir. Tarixi yaradanlar qüdrətli, hər şeyə qadir, xalqının taleyini dəyişdirə bilən şəxsiyyətlərdir. Həmişə belə olub. Bu gün də belədir. Gələcək də qüdrətli şəxsiyyətlərin həyat salnaməsi olacaqdır. Azərbaycanın müasir tarixi iki qüdrətli Liderin – müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir. Bu, Qurtuluş tarixidir, Yüksəliş tarixidir, Zəfər tarixidir.
Əziz seçicilərim, əminəm ki, seçkilərdə mənə etimad göstərəcəksiniz, azad Kəlbəcərimizin yenidən qurulmasına birlikdə öz töhfələrimizi verəcəyik və Kəlbəcərimizin yenidən qurulmasına birlikdə səy göstərəcəyik.
Geniş diskussiya şəraitində keçən görüşdə çıxış edən seçicilər bildirdilər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.
#ParlamentSeçkiləri #Seçki2024
Subyekt.az