MİQ müsabiqəsinin test imtahanlarının keçiriləcəyi tarixlər açıqlanıb
10 İyul 2026
2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarının keçiriləcəyi tarixlər açıqlanıb.
Namizədlər gün ərzində şəxsi kabinetlərinə daxil olaraq imtahanın tarixi, saatı və keçiriləcəyi məkan barədə məlumatla tanış ola bilərlər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.
Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!