![]()
Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə tanınmış şair Elşən Əzim gənclərlə görüş keçirib. Tədbir çərçivəsində şair iştirakçılarla geniş ədəbi müzakirələr aparıb.
Subyekt.az xəbər verir ki, Görüş zamanı Elşən Əzim folklordan klassik ədəbiyyata, eləcə də modernizmə qədər ədəbiyyatın müxtəlif istiqamətlərindən bəhs edib. O, həm müasir Azərbaycan ədəbiyyatı, həm də dünya ədəbiyyatının aktual tendensiyaları barədə fikirlərini gənclərlə bölüşüb.
Tədbirin əsas mövzusu “Niyə mütaliə etməliyik və nəyi oxumalıyıq?” sualı ətrafında qurulub. Şair mütaliənin fərdi inkişafda, dünyagörüşünün formalaşmasında və tənqidi düşüncənin inkişafında oynadığı rolu xüsusi vurğulayıb.
Görüş interaktiv formada davam edib. Gənclərin ünvanladıqları suallar Elşən Əzim tərəfindən ətraflı cavablandırılıb, həmçinin müəllif öz şeirlərindən nümunələr səsləndirib.
Şair tədbir haqqında təəssüratlarını bölüşərək qeyd edib ki, müasir gənclərin az bir qisminin də olsa ədəbiyyata və sənətə maraq göstərməsi sevindirici haldır. Onun sözlərinə görə, iştirakçıların diqqətlə dinləmələri, məntiqli suallar vermələri və fikirlərini sərbəst ifadə etmələri gələcək üçün ümidverici mənzərə yaradır.
Qeyd edək ki, bu cür görüşlərin keçirilməsi gənclər arasında mütaliə vərdişlərinin təşviqi və ədəbi mühitin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.















#Mingəçevir
#ElşənƏzim #Gənclərləgörüş #Kitaboxu
Subyekt.az