![]()
Bu gün xalqımızın minilliklərdən süzülüb gələn ənənələrinin yaşadıldığı müqəddəs günlərdən biri — Od çərşənbəsidir.
Od çərşənbəsi yalnız təqvim hadisəsi deyil, bu, milli yaddaşımızın oyanışı, ruhumuzun təzələnməsi, birliyimizin və mənəvi gücümüzün rəmzidir. Qədim inanclarımıza söykənən bu əziz gün, odun paklayıcı qüvvəsinə inamın, ocaq başında bir araya gələn ailə istiliyinin, Novruza aparan yolun ən işıqlı mərhələsidir. Alovlanan tonqallar əsrlərin sınağından çıxmış milli-mədəni dəyərlərimizin, adət-ənənələrimizin parlaq təcəssümünə çevrilir.
Odun istisi evlərimizə nur, qəlbimizə ümid, sabaha inam gətirsin. Hər yanan çıraq Vətənimizin işığını daha da gücləndirsin, hər alov sülhün, əmin-amanlığın və tərəqqinin müjdəçisi olsun.
Bu əziz gündə hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, ölkəmizə isə daim sabitlik və inkişaf arzulayıram.
Od çərşənbəniz mübarək olsun!

Rövşən Hüseynli
Subyekt.az