![]()
HarvardX platformasında təqdim olunan “LEAD1x: Exercising Leadership: Foundational Principles” təlim proqramını uğurla başa vuraraq beynəlxalq sertifikat əldə edib.
Millət vəkili bu barədə məlumatı şəxsi sosial şəbəkə hesabında paylaşaraq qeyd edib ki, proqram liderliyin fundamental prinsiplərini, komanda idarəçiliyini, strateji düşüncə bacarıqlarını, eləcə də mürəkkəb problemlərin səmərəli təhlili və effektiv idarə olunması metodlarını əhatə edir.
Könül Nurullayevanın fikrincə, müasir dövrdə davamlı təhsil və şəxsi inkişaf hər bir insan üçün vacib prioritetlərdən biridir. O bildirib ki, mütaliə etmək, yeni biliklər qazanmaq və daim öz üzərində çalışmaq həm fərdi, həm də peşəkar inkişafın əsas şərtləri sırasındadır. Onun sözlərinə görə, öyrənmək üçün heç vaxt gec deyil və bilik cəmiyyətin dayanıqlı inkişafının, innovativ düşüncənin və gələcək tərəqqinin əsas sütunlarından hesab olunur.
Qeyd edək ki, HarvardX platformasında təqdim olunan beynəlxalq təhsil proqramları dünyanın müxtəlif ölkələrindən olan iştirakçılara liderlik, idarəetmə və strateji qərarvermə sahələrində nəzəri və praktiki biliklərin artırılması imkanı yaradır. Bu istiqamətdə əldə olunan beynəlxalq sertifikat peşəkar inkişafın və davamlı təhsilə verilən önəmin göstəricisi kimi qiymətləndirilir.
Subyekt.az kollektivi adından Milli Məclisin deputatı Könül Nurullayevanı bu uğur münasibətilə səmimi-qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində yeni nailiyyətlər, möhkəm cansağlığı və uğurlar arzulayırıq.

Subyekt.az