![]()
1 may 2026-cı il tarixində Azərbaycan Dillər Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı Respublika tələbə-şagird elmi konfransı keçirilmişdir. Konfransa ölkənin müxtəlif təhsil müəssisələrindən 700-ə yaxın iştirakçı qatılmışdır.
Milli Müdafiə Universiteti konfransda tabeliyində olan Heydər Əliyev adına Hərbi İnstitut və Naxçıvan Hərbi Kollecinin kursantları ilə təmsil olunmuş, 11 kursant elmi məruzə ilə çıxış etmişdir.
Ekspert komissiyasının qiymətləndirməsinə əsasən, Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Mədinə Məmmədova “Tarixi proseslərdə qadınların hərbi sahədə iştirakı: ənənədən müasirliyə” mövzusunda məruzəsinə görə I yerə layiq görülmüşdür. Kursant mövzunun aktuallığı, elmi yanaşması və təqdimat bacarığı ilə fərqlənmişdir.
Bu uğur Milli Müdafiə Universitetində kursantların elmi fəaliyyətə göstərdiyi marağın və hazırlıq səviyyəsinin yüksək olduğunu bir daha nümayiş etdirir. Universitet rəhbərliyi kursantı qazandığı nailiyyət münasibətilə təbrik edir, ona gələcək təhsil və elmi fəaliyyətində yeni uğurlar arzulayır.

Subyekt.az