Milli Məclisin deputatları Şimali Kiprə səfər edəcəklər
13 Noyabr 2025
Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, qrupun üzvü Azər Allahverənov və deputat Elçin Mirzəbəyli noyabrın 14-də Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcəklər.
Səfər çərçivəsində millət vəkilləri Şimali Kipr Türk Respublikasının yaranmasının 42-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.