![]()
7 may 2025-ci il tarixində Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Nardaran qəsəbəsində növbəti görüşünü keçirib. Görüşlər Nardaran qəsəbəsi üzrə inzibati ərazi dairəsi nümayəndəliyində və Nardaran Bələdiyyəsində təşkil olunub.
Subyekt.az xəbər verir ki, Hər iki görüş zamanı qəsəbənin mövcud vəziyyəti, sakinlərin gündəlik həyatına təsir edən məsələlər, o cümlədən infrastruktur, məşğulluq, sosial rifah və hüquqi dəstəyə ehtiyac duyulan sahələr ətrafında geniş müzakirələr aparılıb. Deputat Azər Allahverənov Nardaran icra nümayəndəliyinin və bələdiyyənin səlahiyyətli nümayəndələri ilə birgə sakinləri narahat edən məsələlərin operativ həlli yollarını müzakirə edib.
Görüşlərin məqsədi yerli səviyyədə qaldırılan problemlərin daha dərindən öyrənilməsi və müvafiq qurumlar qarşısında onların həlli ilə bağlı məsələ qaldırmaq olub.



Milli Majlis
Sabunçu Rayon İcra Hakimiyyəti
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması
#MilliMəclis #MillətVəkili #AzərAllahverənov #VətəndaşQəbulu
#Nardaran #vətəndaş #qəbul
Subyekt.az