Milli Məclisin sədri Sahibə Qafarovanın Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri başlayıb
06 Sentyabr 2026
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gəlib.
Nyu-York beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Tofiq Musayev və digər rəsmi şəxslər qarşılayıblar.