
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani ilə görüşüb.
Görüşdə APA-nın Asiya parlamentlərini birləşdirən mühüm parlament platforması olduğu qeyd edilərək, Bakının evsahibliyi ilə keçirilən 15-ci plenar sessiyada bir sıra vacib məsələlərin müzakirə olunacağı diqqətə çatdırılıb. Bu cür tədbirlərin ikitərəfli əlaqələrin müzakirəsi və genişləndirilməsi baxımından da əhəmiyyəti qeyd olunub.

.

.

.

Subyekt.az