
Milli Məclisin deputatı, İqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə növbəti vətəndaş qəbulu keçirib.
Qəbulda ilk olarq şəhid ailələri iştirak edib, problemlərindən söz açıblar.
Deputat bildirib ki,onlara hər bir qayğı göstəriləcək və problemləri tezliklə öz həllini tapacaq.
Qəbul Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının binasında baş tutub. Qəbul zamanı vətəndaşların təklifləri və şikayətləri dinlənilib.
Görüşdə deputat hər bir müraciəti diqqətlə dinləyib və bəzi məsələlərin həlli üçün aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq ediləcəyini vurğulayıb. Müraciətlərə əsasən, vətəndaşların gündəlik həyatında qarşılaşdığı çətinliklər və onların həlli yolları nəzərdən keçirilib.
Deputat vətəndaşların problemlərinə həssas yanaşaraq onların mümkün qədər tez bir zamanda həll olunacağına söz verib.





Subyekt.az