Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 11:00 olan məlumatı
21 Avqust 2026
1
Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 11:00 olan məlumatına əsasən avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Avqustun 20-si saat 20:25-20:33 radələrində Kəlbəcər rayonu İstisu qəsəbəsinin Alagöllər ərazisinə diametri 8-10 mm olan dolu düşüb.
Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 19, Gəncədə 18, Şəmkir, Şabran, Naftalanda 16 m/s-yə çatır.