

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-u gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.