![]()
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.
Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 2 sm-dir.
Neftçalada 48 (aylıq normanın 106 %-i), Biləsuvarda 21 (aylıq normanın 46 %-i), Mingəçevirdə 20 (aylıq normanın 49 %-i), Lerikdə 15, Lənkəranda 11, Qobustan, Astara, Daşkəsəndə 6, Salyanda 5, Ağstafa, Beyləqan, Sabirabad, Şahbuz, Quba, Bərdə, Gəncə, Gədəbəy, Yardımlı, Zaqatala, Culfa, Naxçıvan, Şəmkir, Goranboy, Tovuz, Balakən, Şəki (Kişçay), Xaltan, Ağdam, Naftalan, Kürdəmir, Tərtər, Yevlax, İmişlidə 4 mm-dək qeydə alınır.
Subyekt.az