![]()
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bugün Bakı şəhəri, Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib. Sülh küçəsi 35 ünvanında keçirilən qəbulda qəsəbə sakinləri ilə yanaşı, digər rayonlardan gələnlər də iştirak ediblər.
Vətəndaşlar deputat tərəfindən fərdi şəkildə qəbul edilərək diqqətlə dinlənilib və ehtiyac hiss edilən məsələlər barədə zəruri izahatlar verilib.
Qəbul iştirakçıları başlıca olaraq, sosial müdafiə, məşğulluq, ev, torpaq, vəzifəli şəxslərin fəaliyyəti, hüquqi problemlər və digər məsələlərlə bağlı müraciət ediblər.
Bir sıra məsələlər deputat tərəfindən müvafiq dövlət qurumları ilə əlaqə saxlanılmaqla yerindəcə həll edilib. Qanunvericiliyə uyğun digər məsələlərlə bağlı isə aidiyyatı üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ən qısa zamanda müraciət ediləcəyi vətəndaşların diqqətinə çatdıırlıb.

.
.

.

.

Subyekt.az