![]()
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Sabunçu rayonunun Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.
Subyekt.az xəbər verir ki, Sülh küçəsi, 35 ünvanında baş tutan qəbulda Millət vəkili vətəndaşları fərdi qaydada dinləyib, onların müraciət və təkliflərini diqqətlə nəzərdən keçirib.
Görüşdə iştirak edən vətəndaşlar əsasən məşğulluq, sosial təminat, səhiyyə, təhsil, məhkəmə qərarlarının icrası, vəzifəli şəxslərin fəaliyyətindən narazılıq və digər sosial məsələlər üzrə qarşılaşdıqları problemləri səsləndiriblər.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Qanunvericiliyə uyğun olan digər müraciətlərlə bağlı isə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğuların ünvanlanması üçün müvafiq göstərişlər verilib.
Millət vəkili Fazil Mustafa vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması və mövcud problemlərin həlli istiqamətində indiyədək səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görüldüyünü və bu istiqamətdə işlərin ardıcıl şəkildə bundan sonra da davam etdiriləcəyini vurğulayıb.










#MilliMəclis #VətəndaşQəbulu #MillətVəkili #FazilMustafa
Subyekt.az