![]()
8 Noyabr — Zəfər Günü ərəfəsində millət vəkili Əminə Ağazadə şəhid ailələrinin iştirakı ilə tədbir keçirmişdir. Tədbir zamanı Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmiş, onların Vətənimizin bütövlüyü və azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqdan bəhs olunmuşdur.
Subyekt.az xəbər verir ki, Millət vəkili Əminə Ağazadə çıxışında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdiyini, bu birliyin və igid oğullarımızın şücaətinin nəticəsində Böyük Zəfərin qazanıldığını vurğulamışdır.
Səmimi və isti mühitdə keçən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişdir. Görüş zamanı millət vəkili şəhid ailələrinin qayğılarını dinləmiş, onların gündəlik həyatında qarşılaşdıqları məsələlər müzakirə olunmuşdur.
Əminə Ağazadə bildirmişdir ki, şəhid ailələrinin qaldırdıqları məsələlərlə bağlı müvafiq dövlət qurumlarına müraciətlər ünvanlanacaq, onların problemlərinin həlli istiqamətində zəruri addımlar atılacaqdır.
Tədbirin sonunda şəhidlərimizin ruhuna dua oxunmuş, Zəfər Gününün əhəmiyyətindən danışılmış və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş qəhrəmanların əziz xatirəsinin daim qəlblərdə yaşayacağı qeyd olunmuşdur.



















Subyekt.az