![]()
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı şəhərinin Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulunu keçirib. Görüşdə həm seçicilər, həm də digər rayonlardan müraciət edən vətəndaşlar iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar tərəfindən əsasən sosial təminat, məşğulluq, mənzil-məişət, hüquqi məsələlər, əfv və digər aktual problemlərlə bağlı müraciətlər səsləndirilib. Hər bir müraciət diqqətlə dinlənilib, vətəndaşların qaldırdığı məsələlər ətraflı qeydə alınıb və onların həlli yolları müzakirə olunub.
Müraciətlərin bir qismi yerindəcə operativ şəkildə öz həllini tapıb. Araşdırma tələb edən digər məsələlərlə bağlı isə aidiyyəti dövlət qurumlarına rəsmi sorğuların göndəriləcəyi və nəticə barədə müraciət müəlliflərinə məlumat veriləcəyi bildirilib.
Millət vəkili vətəndaş müraciətlərinə həssas yanaşmanın vacibliyini xüsusi vurğulayaraq, hər bir fərdi müraciətin icra vəziyyətinin şəxsi nəzarətində saxlanılacağını qeyd edib. O, vətəndaşlarla birbaşa təmasın problemlərin daha çevik və effektiv həlli baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Səmimi və işgüzar mühitdə keçən qəbulda vətəndaşlar göstərilən diqqətdən razılıqlarını bildirib, müraciətlərinin yerindəcə operativ həllinə görə deputata minnətdarlıqlarını ifadə ediblər.
Subyekt.az