![]()
28 yanvar 2026-cı il tarixində millət vəkili Anatoliy Rafailov Quba şəhərində vətəndaşlarla növbəti qəbulunu keçirmişdir. Görüş zamanı sakinlərin müraciətləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlər ətraflı şəkildə müzakirə olunmuşdur. Vətəndaşlar əsasən sosial rifahın yaxşılaşdırılması, işlə təmin olunma, yeni məktəb binasının inşası, təbii fəlakət nəticəsində yaranmış fəsadların aradan qaldırılması, su təminatında mövcud çətinliklər və digər aktual problemlərlə bağlı müraciətlər etmişlər. Daxil olan müraciətlərin həlli məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, eləcə də müvafiq qurumlara rəsmi sorğuların göndərilməsi nəzərdə tutulur.

.

.

.

.

Firəngiz Sabirqızı
Subyekt.az