
Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunub. Xəbər verir ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla bu vəzifəyə Aslanov Vüsal Yusif oğlu gətirilib. Bu, 1981-ci ildə Sumqayıtda anadan olan V.Aslanova ikinci böyük etimaddır. Yeni sədr Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. 2004–2015-ci illərdə “Azərinşaatservis” MMC, “Azərinteltek” QSC, “Azərcon” ASC və “Retro-Park” MTK-da müxtəlif vəzifələrdə çalışıb. 2015–2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində işləyib. 2016-cı ildə isə ADY sədrinin müavini təyin edilib. Qeyd edək ki, Prezidentin bu gün imzaladığı digər sərəncamla “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov vəzifəsindən azad olunub.
Subyekt.az