
Son həftələrdə Çin və Malayziyada yayılan insan metapnevmovirusu (HMPV) insanlar üçün artan risk yaratmır. Bu barədə Cənubi Afrikanın Milli Yoluxucu Xəstəliklər İnstitutu (NIID) məlumat yayıb. “HMPV tənəffüs virusunun geniş yayılma təhlükəsi ilə bağlı çaxnaşma üçün heç bir əsas yoxdur”,- deyə yerli radiostansiya EWN Cənubi Afrika alimlərinin nəticələrinə istinad edir. Buna baxmayaraq, Cənubi Afrikanın tibb orqanları hazırda HMPV-yə yoluxmuş insanların ən çox olduğu Çin və Malayziyada yaranan epidemioloji vəziyyəti diqqətlə izləyirlər. NIH-nin bölmələrindən birinə rəhbərlik edən Şeril Koen yaxın gələcəkdə dünyada HMPV hallarının sayının artacağını istisna etməyib: “Mütəxəssislərə təqdim edilən bütün məlumatlar göstərir ki, bu tənəffüs xəstəliyinə səbəb olan viruslar Şimal yarımkürəsində qışda aktivləşən ən tipik mövsümi viruslar sırasındadır. Məncə, qlobal bir pandemiyanın olacağından və ya HMPV-nin mutasiyaya uğrayaraq daha aqressivləşəcəyindən qorxmağa heç bir əsas yoxdur”.Cənubi Afrikanın tənəffüs xəstəlikləri sahəsində aparıcı mütəxəssislərindən biri Tulio de Oliveyra bu qənaətlə razılaşır. “Çində mövcud HMPV epidemiyası panikaya səbəb deyil”,-deyə o, yerli ENCA telekanalına bildirib:”COVID-19 ilə oxşarlıqlara baxmayaraq, metapnevmovirus adi qripdən daha az təhlükəlidir. HMPV dünya üçün ciddi təhlükə yaratmır”.
Subyekt.az