![]()
Mergen Development Center MMC-nin təşkilatçılığı ilə “Təhsildə vətənpərvərlik tərbiyəsinin effektiv yolları” mövzusunda maarifləndirici onlayn təlim keçirilib.
25 avqust 2026-cı il tarixində Zoom platforması üzərindən baş tutan təlimdə təhsil prosesində vətənpərvərlik tərbiyəsinin rolu, onun şagird və gənclərin dünyagörüşünün formalaşmasına təsiri, milli-mənəvi dəyərlərin tədris prosesinə inteqrasiyası və vətənpərvərlik hissinin inkişaf etdirilməsinin effektiv yolları barədə ətraflı məlumat verilib.
Təlimçi Fərid Mustafayev çıxışı zamanı xüsusilə gənc nəslin milli kimlik, dövlətçilik, tarixə və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşdırılmasının əhəmiyyətindən danışıb. O, təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin yalnız nəzəri biliklərlə məhdudlaşmamalı, praktik fəaliyyətlər, sosial layihələr, maarifləndirici tədbirlər və interaktiv metodlarla dəstəklənməli olduğunu vurğulayıb.
Təlim çərçivəsində iştirakçılara vətənpərvərlik tərbiyəsinin gündəlik tədris prosesində tətbiqi, gənclərlə iş zamanı düzgün yanaşmalar və bu istiqamətdə həyata keçirilə biləcək layihələr barədə praktik tövsiyələr də təqdim olunub.
İnteraktiv formatda keçirilən tədbirdə iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayıb, fikir və təcrübələrini bölüşüblər.
Təlimin sonunda iştirakçılara iştirak imkanları və rəsmi sertifikat əldə etmək imkanı təqdim olunub.
Mergen Development Center MMC bundan sonra da təhsil, şəxsi inkişaf və ictimai maarifləndirmə istiqamətində müxtəlif təlim və layihələrin təşkilini davam etdirəcək.




Subyekt.az