![]()
ABŞ-nin birinci xanımı Melaniya Tramp Ağ Evdə Rusiya və Ukraynanın yüksəkvəzifəli nümayəndələri ilə görüş keçirib.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində əldə olunmuş müvəqqəti atəşkəs və humanitar əməliyyatların nəticələrinə həsr edilib.
Melaniya Tramp bildirib ki, onun vasitəçiliyi ilə əldə olunan razılaşma nəticəsində bölgəyə humanitar yardımlar çatdırılıb və 800-ə yaxın insan təhlükəsiz ərazilərə təxliyə olunub. Onun sözlərinə görə, Rusiya və Ukrayna oktyabrın 23-də atəşkəslə bağlı yazılı razılaşmalar imzalayıblar.
Birinci xanım atəşkəsin əldə olunmasında Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin əməkdaşlığını yüksək qiymətləndirib.
Görüş zamanı Ukrayna nümayəndələri Melaniya Trampa sülh təşəbbüslərinə verdiyi töhfəyə görə birinci dərəcəli “Knyaginya Olqa” ordenini təqdim ediblər.
Melaniya Tramp, həmçinin Putin və Zelenskiyə ünvanladığı şəxsi məktubları hər iki ölkənin nümayəndələrinə çatdırıb.
Subyekt.az