Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasından 9 il ötür
21 Fevral 2026
2
Bu gün ölkəmizi dünyada yüksək səviyyədə təmsil edən Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasından 9 il ötür.
Mehriban xanım bu illər ərzində humanizmə, sosial ədalətə və milli dəyərlərə söykənən fəaliyyəti ilə dövlətçilik ənənələrimizin möhkəmlənməsinə mühüm töhfələr verib.
Bu mərhələ Azərbaycanın yumşaq güc potensialının sistemli şəkildə inkişaf etdirilməsi, humanitar diplomatiyanın strateji komponentə çevrilməsi və ölkənin beynəlxalq nüfuzunun artması, xüsusilə post-münaqişə dövründə sosial reabilitasiya, mədəni irsin bərpası və ictimai konsolidasiyanın təmin edilməsi istiqamətində ardıcıl, məqsədyönlü və institusional əsaslara söykənən siyasətin həyata keçirilməsi ilə xarakterizə olunur.
Qarşıdakı dövrdə də sosial siyasətin gücləndirilməsi, humanitar təşəbbüslərin miqyasının genişləndirilməsi və Azərbaycanın regional liderlik mövqeyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin davam etdiriləcəyini əminliklə qeyd edərək, Mehriban xanıma dövlətə və xalqa xidmət missiyasında yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq.