![]()
Respublika Talassemiya Mərkəzində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış hematoloq, tibb üzrə fəlsəfə doktoru Mehparə Kazımova mərkəzin Qəbul şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Uzun illər səhiyyə sahəsində səmərəli fəaliyyəti, peşəkarlığı və zəngin təcrübəsi ilə seçilən Mehparə Kazımovanın bu vəzifədə də uğurlu nəticələr əldə edəcəyinə inam ifadə olunur.
Subyekt.az kollektivi Mehparə Kazımovanı yeni təyinat münasibətilə təbrik edir, ona məsul və şərəfli fəaliyyətində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayır. İnanırıq ki, onun peşəkar fəaliyyəti Respublika Talassemiya Mərkəzinin inkişafına və vətəndaşlara göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsinə mühüm töhfələr verəcək.
Subyekt.az