![]()
Qırğızıstan Respublikasında MDB-yə üzv dövlətlərin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının 37-ci sessiyası keçirilib. Sessiyada MDB ölkələrinin hidrometeorologiya xidmətlərinin və Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) rəhbərləri iştirak ediblər.
Çıxışlarda hidrometeoroloji müşahidələrin unifikasiyası, məlumat mübadiləsinin standartlaşdırılması, regional əməkdaşlığın gücləndirilməsi və müasir texnologiyaların tətbiqi məsələləri diqqət mərkəzində olub. Tədbirdə Azərbaycanı Milli Hidrometeorologiya Xidmətinin nümayəndə heyəti təmsil edib.
Sessiyada ölkəmizdə hidrometeorologiya sahəsində həyata keçirilən islahatlar, müşahidə şəbəkəsinin modernləşdirilməsi, Erkən Xəbərdarlıq Sisteminin inkişafı və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verilib.
Tədbirin yekununda qəbul olunacaq qərarların MDB regionunda hidrometeoroloji təhlükəsizliyin gücləndirilməsinə və iqlim dəyişmələri ilə bağlı risklərin idarə olunmasına töhfə verəcəyi gözlənilir.

.

Subyekt.az