![]()
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Qızılağac kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Subyekt.az xəbər verir ki ,bu barədə APA-ya FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin tərəfindən bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın söndürülüb.
Subyekt.az