![]()
Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro ABŞ həbsxanasındakı vəziyyətinin yaxşı olduğunu deyib.
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, bu barədə keçmiş liderin oğlu məlumat yayıb.
Parlamentin üzvü Nikolas Maduro Qerra atasının Siliya Floreslə (həyat yoldaşı) birlikdə məhkəməni gözlədiyini bildirib.
“Hər şey yaxşıdır, biz döyüşçüyük”, – deyə Nikolas oğluna çatdırıb.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.
Subyekt.az