![]()
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2025-ci il aprelin 3-də saat 10:00-da Saatlı rayon Gənclər evində (ünvan: Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsi 71A) Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar 2025-ci il aprelin 2-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.