![]()
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il yanvarın 23-də, saat 10:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağsu şəhəri, Azərbaycan küçəsi, 25 ) Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar 2026-cı il yanvarın 17-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
Subyekt.az