Oxu!!!
Müqəddəs kitabımız olan Qurani Kərimin ilk sözü, ilk yazısı məhz, OXU! sözüdür.
Hər kəsin bir peşəsi, bir istəyi, bir arzusu olur.
Hər peşənin öz gözəlliyi, öz zəhməti, öz məsuliyyəti var ki, insan yiyələndiyi o sənəti, peşəni sevə – sevə daima irəliyə, zirvəyə doğru addımlayır. Hər bir addımın da ardınca gələn şagirdlərini işığa, günəşə doğru aparır.
Dahi Nizami Gəncəvinin dediyi kimi
“Mahir bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papağçılıqdan.”
Göyün və yerin yeddi qatı var ki, o yeddi qatdan yüksəkdə Yaradan durur.
Yaradana ən yaxın olanlar isə, analar, şairlər və müəllimlərdir.
Bu üç məhfum yeddi qata yaxın ən ali zirvəni fəth edənlərdir.
Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnaslist Sultan Məcid Qənizadə dediyi kimi
“Müəllimin evi kitabxanadır,dövləti kiçik şagirdlər sazı və nəğməsi şagirdlərin savadı qazancı isə millətin məhəbbət və ehtiramıdır”
Mən deyərdim ki, “cənnət anaların ayağı altında” yox anaların duası, sığalı, müəllimlərin isə biliyi, zəkası altındadır.
Ana olmaq saatlarla çəkən nə qədər ağır, ağrılı bir prosesdirsə müəllimlik də elə ağır lakin ağrısız bir prosesdir.
Dünyada bir çox yaxşılıqlar, savablar var ki onlardan ən müqəddəsi öyrətməkdir.
Bilyini şagirdlərlə bölüşmək, onları daha gözəl gələcəyə yönəltmək, vətənə, cəmiyyətə yararlı, vicdanlı, ləyaqətli vətəndaş etmək.
Bu məsuliyyət Azərbaycan müəlliminin öhdəsinə düşür.
Öz işini vicdanla, şərəflə, ləyaqətlə sevə-sevə yerinə yetirən bütün müəllimləri ürəkdən təbrik edirəm.
Adınıza layiqli şagirdlər, tələbələr yetişdirmək, onların qazandığı hər uğurda sizin payınız olduğunu bilmək məncə sizin ən böyük hədiyyəniz, mükafatınızdır.
Əziz müəllimlər gününüz mübarək!!!
Firəngiz Sabirqızı
Subyekt.az