Sentyabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbində olub və məktəbin müəllimləri, şagirdləri və onların ailə üzvləri ilə söhbətləşib. Məktəblilər Leyla Əliyevaya gül hədiyyə ediblər. Daha sonra Bəydili kənd tam orta məktəbinin direktoru Nurlan İmanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya yeni inşa edilən binada yaradılan şərait barədə məlumat verib.