Başqırdıstanın Ufa şəhərində iki qrup arasında baş vermiş kütləvi dava ilə bağlı cinayət işləri açılıb.
Subyekt.az Qlobal.net-ə istinadən bildirir ki, 25 noyabr tarixində M.G. Qareyev adına uçuş hazırlığı üzrə internat məktəbinin 3-cü və 4-cü kurs kadetləri arasında plasda dava düşüb. Başqırdıstanın Səhiyyə Nazirliyinin bildirdiyinə əsasən, hadisədən sonra 10 yeniyetmə tibbi müəssisələrə yerləşdirilib.
Prokurorluq insidentlə əlaqədar hüquqi qiymət vermək və təhsil müəssisələrində uşaqların təhlükəsizliyinə dair qanunvericiliyin icrasını yoxlamaq məqsədilə araşdırma başladıb. Eyni zamanda, münaqişədə iştirak edən şəxslərin və vəzifəli şəxslərin hərəkətlərinə də hüquqi qiymət veriləcək.
Oxşar insident daha əvvəl Kazan şəhərində də baş vermişdi. Orada tələbə qrupları arasında dava zamanı iki təşəbbüskar saxlanılmış, lakin onlardan biri polis əməkdaşına zor tətbiq etdiyinə görə onun barəsində də ayrıca cinayət işi açılmışdı.
Subyekt.az