
Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən “Məişət zorakılığına YOX deyək!” adlı maarifləndirici buklet hazırlanaraq əhalinin sıx yerəşdiyi ərazilərdə vətəndaşlara paylanıb.
Buklet Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2307 saylı Sərəncamının 12.2.3 bəndində nəzərdə tutulan tədbirın icrasına əsasən məişət zorakılığı ilə mübarizə sahəsində mütəmadi maarifləndirmə tədbirləri çərçivəsində hazırlanıb.
Bukletdə məişət zorakılığı, onun növləri, məişət zorakılığı baş verdiyi halda müraciət edilməli əlaqə vasitələri, məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən dəstək yönümlü xidmətlər barədə məlumatlar əksini tapıb. Rayonda bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

.

.

.

.

Subyekt.az