“Bu zinyət əşyasını 1960-cı ildə şahzadə Sədrəddin Ağa xan gəlini Nina Şeyla Dyera üçün sifariş edib…”
Cenevrədə “Christie’s” hərracında çəkisi 37 karat olan nadir zümrüd daşı 9 milyon dollara satılıb.
Subyekt.az xəbər verir ki, bu barədə “CBS News” nəşri məlumat yayıb.
Qiymətli daş Məhəmməd Peyğəmbərin birbaşa varisi hesab edilən şahzadə Sədrəddin Ağa xanın ailəsinə məxsus olub.
Qeyd edilir ki, bu sövdələşmə unikal keyfiyyətlərə malik olan zümrüdü dünyada ən bahalı daşa çevirib. Bu zümrüd daşı kvadrat şəklində, nazik və yastıdır, yaşıl rəngi isə bərabər paylanıb.
Məlumata görə, bu zinyət əşyasını 1960-cı ildə şahzadə Sədrəddin Ağa xanın özü gəlini Nina Şeyla Dyera üçün sifariş edib. Onun xahişi ilə bəzək sancağı çəkisi 37 karat olan və xüsusi “Markiz”lə cilalanmış 20 brilyantla bəzədilib.
1969-cu ildə Dyera heyvanlara yardım üçün vəsait toplamaq məqsədilə zümrüdü hərraca çıxarıb. Fransanın “Van Cleef & Arpels” zərgərlik şirkəti zümrüdü 580 min İsveçrə frankına (təxminən 655 min dollar-red.) alıb.
Bir neçə ildən sonra qiymətli daş Brilyant Kralı adlanan Harri Uinstonun əlinə keçib. O, zümrüddən bəzək sancağı düzəldib. 2024-cü ilin noyabrında şahzadə Sədrəddin Ağa xanın hədiyyəsi yenidən hərraca çıxarılıb.
Subyekt.az