
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2025-ci il martın 14-də saat 10:00-da Neftçala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti, 34) Neftçala, Salyan, Biləsuvar, Şirvan, Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar 2025-ci il martın 10-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
Subyekt.az