![]()
İyulun 28-də saat 11 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qamışlıq sahədə yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Yanğını törədən 1996-cı il təvəllüdlü Kənan Aslanov saxlanılıb. Həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunverciviliyə uyğun tədbir görülüb.
Subyekt.az