Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “LU-MUN Holding” şirkətinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan balıq körpələrinin suya buraxılışında iştirak edib.
Yaşıl Zonada onlayn yayımlanan aksiya çərçivəsində 50 min nərə və Xəzər qızılbalığı körpələri suya buraxılıb. Aksiya Neftçalanın Yenikənd kəndində təşkil olunub.
Qeyd edək ki, həmin tədbir endemik balıq növlərinin biomüxtəlifliyinin qorunmasına töhfə verir.
Subyekt.az