![]()
Mayın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib.
Subyekt.az “Qafqazinfo” -ya istinadla xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.








