![]()
14.08.2026-cı il tarixdə Səhiyyə Nazirliyi Respublika Qan Bankının Lənkəran bölməsi, Lerik Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı qanvermə aksiyası keçiriləcək.
Respublika Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.
18-65 yaş aralığında hər bir sağlam insan qan donorluğu üçün müraciət edə bilər.
Əziz sakinlərimiz,
hər birinizi qanvermə aksiyasında fəal iştirak etməyə dəvət edirik.
Subyekt.az