![]()
Subyekt.az Sfera.az -a istinadla xəbər verir ki, hökumət rəhbəri istefa qərarını özü ictimaiyyətə açıqlayıb.
Məlumata görə, qərarı açıqlamasına səbəb Proqressivlər Partiyasının hökümətdən çəkilməsi olub. Evika Silina qərarı bəyan edərkən iddialı danışıb:
“İstefa edirəm, amma təslim olmuram”.
Xatırladaq ki, Latviya hava məkanına daxil olan pilotsuz uçuş aparatları (PUA) ilə bağlı yaşanan qalmaqaldan sonra Baş nazir Evika Silina Proqressivlər Partiyasının üzvü olan müdafiə naziri Andris Sprudsu vəzifəsindən kənarlaşdırıb. Bu addıma etiraz edən partiya koalisiyanı tərk etdiyini açıqlayıb.
Nəticədə Silina hökuməti parlamentdəki çoxluğunu itirib və kabinet fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Ölkə konstitusiyasına uyğun olaraq, yeni baş naziri təyin etmək səlahiyyəti olan prezident Edqars Rinkeviçs prosesə müdaxilə edib. Dövlət başçısının sabah parlamentdə təmsil olunan bütün siyasi partiyaların liderləri ilə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, Latviyada növbəti ümumi seçkilərin cari ilin oktyabr ayında keçirilməsi planlaşdırılır. Yeni hökumət qurulana qədər ölkəni müvəqqəti kabinetin idarə edəcəyi ehtimal olunur.
Subyekt.az