![]()
Avqustun 24–27-də Laçın şəhərində Birinci Laçın Beynəlxalq Film Festivalı keçirilib.
Kino sənətinin inkişafına, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsinə və yaradıcı insanların bir araya gəlməsinə xidmət edən festival çərçivəsində müxtəlif film nümayişləri, yaradıcı görüşlər və mədəni tədbirlər təşkil olunub.
Subyekt.az xəbər verir ki, Festivalın sponsorları sırasında Kəlbəcərin tarixi və təbii sərvətlərindən biri olan İstisu brendinin yer alması xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər dağlarının möcüzəvi təbiətinin və şəfalı mineral su mənbələrinin adını daşıyan İstisu brendinin Laçında keçirilən beynəlxalq səviyyəli mədəniyyət tədbirinə dəstək göstərməsi həm tarixi, həm də ictimai-mədəni baxımdan əlamətdar hadisə kimi qiymətləndirilə bilər.
Bu təşəbbüs işğaldan azad edilmiş ərazilərin bərpası və dirçəldilməsi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun zəngin mədəni irsinin, təbii sərvətlərinin və milli brendlərinin beynəlxalq platformalarda tanıdılması baxımından da mühüm məna kəsb edir.
Laçın Beynəlxalq Film Festivalının keçirilməsi regionun mədəni həyatının canlandırılması, Azərbaycanın kino və mədəniyyət potensialının beynəlxalq auditoriyaya təqdim olunması baxımından diqqətəlayiq addımdır.
Kəlbəcərin İstisu brendinin belə bir mühüm mədəniyyət layihəsinə sponsor kimi dəstək verməsi isə Qarabağ və Şərqi Zəngəzurun milli-mədəni dəyərlərinin vahid mədəni platformada təbliğinin nümunəsi kimi xüsusi qeyd olunmalıdır.
















#İstisu #LaçınBeynəlxalqFilmFestivalı #LachinInternationalFilmFestival #Kəlbəcər #Laçın #Qarabağ #Subyektaz
Rövşən Hüseynli
Subyekt.az