![]()
Laçında üç gün davam edən Beynəlxalq Film Festivalı yekunlaşıb.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şərqi Zəngəzurda ilk Beynəlxalq Film Festivalı Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin, həmçinin Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və digər qurumların dəstəyi, “Hoçazfilm” kinostudiyasının təşkilatçılığı ilə keçirilib.
Festivalda iştirak üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunub. Onlardan 15 ölkəni təmsil edən 20 film seçilərək, nümayiş olunub. Bu çərçivədə Özbəkistanda istehsal edilmiş “Əmir Teymur” filminin xüsusi Qarabağ premyerası reallaşdırılıb.
Subyekt.az